Ərəblər 200 milyon avro ödəməyə hazırdır - Argentinalı üçün

00:20 İngiltərə 74
Ərəblər 200 milyon avro ödəməyə hazırdır - Argentinalı üçün

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu argentinalı futbolçunun transferində maraqlıdır və onun üçün 200 milyon avro ödəməyə hazırdır.

Fernandes son dövrlərdə “Çelsi”nin yaşadığı çətinliklər səbəbindən komandadan ayrılmağa müsbət yanaşır.

O, London təmsilçisinə 2023-cü ildə, “Benfika”dan 121 milyon avro qarşılığında transfer olunub. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 30 iyun 2032-ci ilə qədərdir.

25 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 46 oyunda meydana çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT