“Real”ın müdafiəçisi Antonio Rüdiger karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, almaniyalı futbolçuya “Mançester Yunayted” və “Liverpul” ciddi şəkildə maraq göstərir.
Rüdiger 2022-ci ilin yayında “Çelsi”dən azad agent kimi “Real”a keçmişdi. O, Madrid klubunun heyətində indiyədək 174 rəsmi oyunda forma geyinib.
Onun müqaviləsinin müddəti bu yay başa çatacaq və tərəflər arasında yeni anlaşma əldə olunmasa, futbolçu yenidən azad agent statusu qazana bilər.
Daha əvvəl Rüdigerə İtaliyanın top-klublarından birinin də maraq göstərdiyi bildirilirdi.
31 yaşlı futbolçu cari mövsümdə İspaniya çempionatında 12 matça çıxıb və 1 qol vurub.

