Komandası məğlub oldu, atasının ölüm xəbərini aldı

00:00 İngiltərə 74
Komandası məğlub oldu, atasının ölüm xəbərini aldı

“Tottenhem”in baş məşqçisi İqor Tudor çətin günlər yaşayır.

Sportinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin atası Mario Tudor vəfat edib.

47 yaşlı çalışdırıcı bu acı xəbəri komandasının “Nottingem Forest” qarşısında aldığı 0:3 hesablı məğlubiyyətdən qısa müddət sonra öyrənib.

Baş məşqçinin şəxsi səbəblərə görə mətbuat konfransında iştirak etmədiyi bildirilib. Onun əvəzinə jurnalistlərin qarşısına köməkçisi Bruno Saltor çıxıb:

“Bu, şəxsi və ailə məsələsidir. Mən buradayam, çünki indi onun danışması üçün uyğun vaxt deyil”.

Tudor London klubunun baş məşqçi postunda Tomas Frankı əvəzləyib. Komanda onun rəhbərliyi altında son 7 oyunda 5 məğlubiyyət alıb, 1 qələbə qazanıb və 1 heç-heçə edib.

“Tottenhem” ümumilikdə Premyer Liqada 13 oyundur qələbə qazana bilmir (8 məğlubiyyət, 5 heç-heçə) və turnir cədvəlində təhlükəli zonaya xeyli yaxınlaşıb.

Komanda 30 xalla 17-ci pillədə qərarlaşıb və 18-ci olan “Vest Hem”dən 1 xal çox toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti