“Everton”un yarımmüdafiəçisi Keran Dyusberi-Hol karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi uğrunda “Mançester Yunayted” və “Aston Villa” mübarizə aparacaq. “Everton” rəhbərliyi isə onu təxminən 50 milyon avro qarşılığında satmağa hazırdır.
İngiltərəli futbolçu cari mövsümdə Premyer Liqada 23 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

