“Mançester Siti”nin rəhbərliyi baş məşqçi Pep Qvardiolanın mövsümün sonunda komandadan ayrılacağı perspektivinə getdikcə daha çox hazırlaşır.
İspaniyalı məşqçinin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir, ancaq rəhbərlik onun mövsümün sonunda, müqavilə müddətindən bir il əvvəl gedişini gözləyir.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, Qvardiola bir müddət istirahət etməyi planlaşdırır və sonra məşqçilik karyerasına davam edəcək.
“Mançester Siti” yaxınlarda UEFA Çempionlar Liqasının 1/8 finalında “Real”a iki oyunun nəticəsinə əsasən 1:5 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
“Şəhərlilər” İngiltərə Premyer Liqasında isə 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Arsenal”dan 11 xal geri qalır.

