Kamerunlu hücumçunu “qaralayıb” - Premyer Liqa mənsubu

00:10 İngiltərə 85
Kamerunlu hücumçunu “qaralayıb” - Premyer Liqa mənsubu

Leverkuzen “Bayer”inin hücumçusu Kristian Kofane karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “fichajes.net” məlumat yayıb.

“Arsenal” kamerunlu futbolçunun transferində maraqlıdır. London klubunda hesab edirlər ki, onun oyun üslubu baş məşqçi Mikel Artetanın topa nəzarətə əsaslanan hücum futboluna uyğun gəlir.

“Bayer” Kofaneni 60–70 milyon avro civarında qiymətləndirir. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

19 yaşlı futbolçu cari mövsümdə Bundesliqada 23 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. O, “Bayer”ə ötən yay, “Albasete”dən 5,25 milyon avro qarşılığında transfer olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti