“AZ Alkmar”ın yarımmüdafiəçisi Kis Smit İngiltərə Premyer Liqasına keçməyi düşünə bilər.
Sportinfo.az “fichajes.net”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 20 yaşlı futbolçu ilə maraqlanır.
Smitin özü də bu transferdə maraqlıdır, ancaq onun Niderland klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olduğundan, “qırmızı şeytanlar”la razılığa gəlmək çətin olacaq.
Niderlandlı yarımmüdafiəçi bu mövsüm Erediviziyada 21 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

