Messinin komanda yoldaşı ola bilər - “Mançester Siti”nin kapitanı

00:20 İngiltərə 73
Messinin komanda yoldaşı ola bilər - “Mançester Siti”nin kapitanı

“İnter Mayami” “Mançester Siti”nin kapitanı Bernardo Silvanı transfer etmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin mümkün keçidini MLS təmsilçisinin argentinalı oyunçusu Lionel Messi də dəstəkləyib.

Bu isə klubun layihəsini futbolçu üçün daha cəlbedici edir.

31 yaşlı oyunçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq. Beləliklə, Silva 9 mövsüm və 400-dən çox oyundan sonra klubu azad agent kimi tərk edə bilər.

“Yuventus” da Silvanı əsas transfer hədəflərindən biri hesab edir. Ancaq maliyyə məsələsi “İnter Mayami”nin xeyrinə ola bilər.

O, hazırda “Mançester Siti”də ildə təxminən 19,5 milyon funt-sterlinq (22,6 milyon avro) qazanır və Turin klubuna keçəcəyi halda maaşının azalmasına razılaşmalı ola bilər. ABŞ klubunun isə daha sərfəli şərtlər təklif etdiyi bildirilir.

Silva cari mövsümdə “şəhərlilər”in heyətində 39 matça çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti