“Tottenhem” rəhbərliyi növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır.
Hazırkı çalışdırıcı İqor Tudor postunu qorumaqda çətinlik çəkir. Onun rəhbərlik etdiyi komanda ilk dörd oyunda ardıcıl eyni sayda məğlubiyyət alıb.
Daha əvvəl də bildirildiyi kimi, klub rəhbərliyi artıq xorvatiyalı mütəxəssisə əvəzləyici axtarır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunda Roberto De Zerbi Tudora ideal əvəzləyici kimi görülür.
“Tottenhem” rəhbərliyi italiyalı mütəxəssislə razılıq əldə etməyə ümid edir. Ancaq bu təyinatın reallaşması bir çox amillərdən asılıdır və prosesin asan olmayacağı bildirilir.
De Zerbi fevralda “Marsel”dən ayrıldıqdan sonra işsizdir. O, bundan əvvəl isə “Brayton”u çalışdırıb.

