“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager Çempionlar Liqasının 1/8 finalında PSJ ilə “Çelsi” arasında keçirilən ilk oyun haqda danışıb. Qarşılaşma Paris klubunun 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Sportinfo.az “CBS Sports”-a istinadən xəbər verir ki, Karrager, uzun müddətdir “Çelsi”ni tənqid etdiyini bildirib:
“Bu mövsüm Çempionlar Liqasında gördüyüm ən yaxşı oyunlardan biri idi. “Çelsi” 2:5 hesablı məğlubiyyəti haqq etmirdi, amma bu, onların öz səhvləridir.
Uzun müddətdir “Çelsi”ni tənqid edirəm və ciddi şəkildə deyirəm: qapıçı problemi həll olunmayınca, daha irəli gedə bilməyəcəklər. Mən bunu daim deyirəm”.
Cavab oyunu martın 17-də, Londonda keçiriləcək.

