“Nyukasl”ın baş məşqçisi Eddi Hou mühüm oyunçulardan birini komandada saxlamaq niyyətindədir.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis klub rəhbərliyindən müdafiəçi Fabian Şerlə müqavilənin müddətinin uzadılmasını istəyib.
O, 34 yaşlı futbolçunun komandadan ayrılmasını istəmir.
Şer 2018-ci ildən “Nyukasl”ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 21 oyuna çıxıb və 1 qol vurub.
İsveçrəli futbolçunun “sağsağanlar”la müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

