Baş məşqçisindən 3 tələbi var - Premyer Liqa nəhənginin

8 Mart 20:50 İngiltərə 180
Baş məşqçisindən 3 tələbi var - Premyer Liqa nəhənginin

“Liverpul” rəhbərliyi komandanın baş məşqçisi Arne Slotun qarşısında mövsümün qalan hissəsi üçün əsas hədəfləri müəyyənləşdirib.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, rəhbərlik niderlandlı mütəxəssisdən diqqəti əsasən ölkə kubokuna və UEFA Çempionlar Liqasına yönəltməyi istəyir.

Klub rəhbərliyi cari mövsümü mütləq bir kubokla başa vurmağı planlaşdırır. Bu tələb ötən yay edilən böyük maliyyə xərcləri fonunda irəli sürülüb.

Premyer Liqada isə ondan minimum ilk dördlükdə yer almaq tələb olunur ki, komanda növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazansın və ciddi maliyyə itkilərindən yayınsın.

“Liverpul” hazırda Premyer Liqada keçirdiyi 29 turdan sonra 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Beşinci yer də Çempionlar Liqasına vəsiqə verə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti