“Tottenhem”in müdafiəçisi Mikki van de Ven İspaniya çempionatının top-klublarının maraq dairəsindədir.
Sportinfo.az “Transfernewslive”-ə istinadən xəbər verir ki, “Barselona” və “Real” niderlandlı oyunçunu heyətinə qatmaq istəyir.
Mikki van de Ven londonlularla yeni müqavilə imzalamaqdan imtina edib. Tərəflər arasındakı sözləşmənin müddəti 2029-cu ilin ortalarına qədərdir.
24 yaşlı müdafiəçi cari mövsümdə Premyer Liqada 26 oyuna çıxaraq, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

