İngiltərə Premyer Liqasının 29-cu turunun oyunlarından sonra turnir cədvəlinin lideri olan “Arsenal” ən yaxın izləyicisi “Mançester Siti” ilə xal fərqini daha da artırıb.
London təmsilçisi hazırda “şəhərlilər”i 7 xal qabaqlayır. Bununla belə, Mançester klubunun ehtiyatda bir oyunu var.
Sportinfo.az xəbər verir ki, “Opta” superkompüteri mövcud vəziyyəti qiymətləndirərək, çempionluq ehtimallarını açıqlayıb.
Hesablamalara görə, “Arsenal”ın mövsümün sonunda Premyer Liqanın qalibi olmaq şansı təxminən 93 faiz təşkil edir.
“Mançester Siti”nin çempionluq ehtimalı 7 faizdən bir qədər çoxdur. Digər komandaların isə titul uğrunda mübarizə aparmaq şansı artıq qalmayıb.
“Arsenal” növbəti turda səfərdə “Everton”la qarşılaşacaq. “Mançester Siti” isə öz meydanında “Vest Hem”lə üz-üzə gələcək. Bundan əvvəl isə hər iki komandanın ölkə kubokunda və UEFA Çempionlar Liqasında oyunları olacaq.

