İngiltərə Premyer Liqasının 29-cu turunda dünən “Vulverhempton”a məğlub (1:2) olan “Liverpul”un kapitanı Vircil van Dayk komandasının cari mövsümdəki perspektivlərini dəyərləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi mövsümün çətin keçdiyini bildirib:
“Bütün mövsüm asan olmur. Çox səbəbdən mövsümün yüksəlişlər və enişlərlə dolu olacağı qabaqcadan aydın idi.
Premyer Liqa çox güclüdür, hər üç-dörd gündə maksimum çalışmaq lazımdır. Bu böyük mübarizədir.
Hər kəs formasının zirvəsində olmalıdır, buna görə geniş heyətə ehtiyacımız var. Son nəticələr önəmlidir.
Son bir neçə həftədə nəticələrimiz yaxşı oldu, amma son oyunda olmadı. Bu göstərir ki, hələ işimiz var və məhz bu istiqamətə diqqət yetirməliyik”.
“Liverpul” bu oyundan sonra topladığı 48 xalla Premyer Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

