“Bütün məşqçilər futbolu eyni tərzdə oynatsaydı, çox darıxdırıcı olardı”

15:20 İngiltərə 66
“Bütün məşqçilər futbolu eyni tərzdə oynatsaydı, çox darıxdırıcı olardı”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolda standart vəziyyətlərə münasibətini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, futbolun bu elementlərinə qarşı çıxmağın mümkün olmadığını bildirib:

“Bu, mənim işimdir. Mən məşqçiyəm, deyə bilmərəm ki, “mənə standart vəziyyətlər xoş deyil”.

Mən onlara uyğunlaşıram və işləyirəm. Futbol əsrlərdir fərqli şəkildə oynanır – İngiltərədə, İspaniyada və İtaliyada fərqli üslublar var. Hər məşqçi öz yolunu seçir.

Bütün məşqçilər futbolu eyni tərzdə oynatsaydı, çox darıxdırıcı olardı. Mən də uyğunlaşmalıyam.

Nəyisə bəyənmirəmsə, bəzi matçlara baxmıram, amma işləməliyəm. Şikayət edə bilərsən, amma uyğunlaşmalısan.

Dörd il əvvəl NBA-da üçlük atışlarına o qədər də diqqət yetirilmirdi, indi isə hamı bunu edir – bu, prosesin bir hissəsidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti