Onu iki ildən dörd ilədək diskvalifikasiya təhlükəsi gözləyir - Məhkəməyə müraciət edəcək?

18:40 İngiltərə 68
Onu iki ildən dörd ilədək diskvalifikasiya təhlükəsi gözləyir - Məhkəməyə müraciət edəcək?

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik hələ də yaşıl meydanlardan uzaq qalır. Oyunçunun ətrafı hesab edir ki, qadağan olunmuş maddə onun orqanizminə Ukrayna millisinin düşərgəsində olduğu müddətdə daxil ola bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu versiya təsdiqlənərsə, vinger məhkəməyə müraciət edəcək.

Mümkün iddia Ukrayna Futbol Federasiyasına qurum olaraq deyil, birbaşa rəhbər şəxslərə qarşı yönələ bilər.

Mudrik sonuncu dəfə 2024-cü ilin noyabrın 28-də “Çelsi”nin heyətində meydana çıxıb. O, UEFA Konfrans Liqası çərçivəsində Almaniyanın “Haydenhaym”ına qarşı oyunda fərqlənib.

Ukraynalı futbolçu London təmsilçisinin heyətində ümumilikdə 73 matç keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 30 iyun 2031-ci ilə qədərdir.

Mudrik 2024-cü ilin dekabrında verdiyi dopinq testinin müsbət çıxmasından sonra futboldan uzaqlaşdırılıb. Onu iki ildən dörd ilədək diskvalifikasiya təhlükəsi gözləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti