“Hazırda Premyer Liqa komandasında baş məşqçi olmağa marağım yoxdur"

21:40 İngiltərə 106
“Hazırda Premyer Liqa komandasında baş məşqçi olmağa marağım yoxdur"

İngiltərə millisinin sabiq çalışdırıcısı Qaret Sautqeyt “Mançester Yunayted”in baş məşqçi postuna namizəd olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İngiltərəli mütəxəssis, hazırkı baş məşqçi Maykl Karrikin mümkün əvəzləyicisi kimi adı çəkilsə də, Premyer Liqa komandasını çalışdırmaq istəmədiyini deyib.

Sportinfo.az “The Mirror”-a istinadən xəbər verir ki, Sautqeyt karyerasını bərpa etmək niyyətində olmadığını söyləyib:

“Hazırda Premyer Liqa komandasında baş məşqçi olmağa marağım yoxdur. Karyeramı bərpa etmək niyyətində deyiləm. Bunun öz səbəbləri var. Hazırda məşqçilik işi axtarmıram. Həyatımda yeni bir fəsil açmaq istəyirəm”.

Sautqeyt 2016-2024-cü illərdə İngiltərə millisinin baş məşqçisi olub və komanda onun rəhbərliyi altında iki dəfə Avropa çempionatının gümüş medalını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti