“Nottingem Forest”in müdafiəçisi Murillo İngiltərə Premyer Liqasının bir neçə klubunun diqqət mərkəzindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Braziliyalı futbolçunu heyətinə qatmaq istəyən klublar arasında “Arsenal” və “Çelsi” xüsusi maraq göstərir.
Bundan əlavə, “Liverpul”, “Tottenhem” və “Mançester Yunayted” də Murillonu heyətində görmək istəyir.
23 yaşlı müdafiəçinin transfer dəyəri təxminən 55 milyon avro qiymətləndirilir. Onun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
O, cari mövsümdə Premyer Liqada 19 oyunda iştirak edib və 1 qol vurub.

