“Son həftələrdə komandada işlər daha yaxşı gedir”

12:00 İngiltərə 70
“Son həftələrdə komandada işlər daha yaxşı gedir”

“Liverpul”un hücumçusu Kodi Qakpo komandasının çıxışını qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, son vaxtlar komandada vəziyyətin yaxşılaşdığını deyib:

“Bu, bizim üçün çətin mövsüm oldu. Bəzən çox qeyri-sabit olduq, yaxşı oyun göstərirdik, amma növbəti matçda birdən-birə oyundan kənara çıxırdıq.

Lakin mənim fikrimcə, son həftələrdə komandada işlər həm nəticələr, həm də performans baxımından daha yaxşı gedir.

Ümid edirəm ki, hazırkı düşüncə tərzini qoruya bilərik, bu, qapılarımızı toxunulmaz saxlamağa və qalib gəlməyə kömək edir”.

“Qırmızılar” 27 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı yerdədirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti