“Tottenhem”də ən yüksək maaş alan futbolçu müəyyənləşib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 26 yaşlı yarımmüdafiəçi Konor Qallaherdir.
Qallaher qışda “Atletiko”dan transfer olunub. Keçidin dəyəri 40 milyon avro olub. O, London klubunda həftəlik təxminən 200 min funt-sterlinq qazanır.
Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.
İngiltərəli yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 6 oyun keçirib və 1 məhsuldar ötürmə verib.

