“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero komandanın baş məşqçisi Pep Qvardiolanın mümkün gedişi və onun varisinin seçilməsi ilə bağlı fikirlərini bölüşüb.
İspaniyalı mütəxəssisin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədə olsa da, mediada tərəflərin əməkdaşlığı artıq bu yay başa vura biləcəyi barədə xəbərlər yayılır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Aquero klub rəhbərliyinin bu məsələdə əvvəlcədən plan qurduğunu bildirib:
“Düşünürəm ki, “Mançester Siti” rəhbərliyi vaxtı gələndə Qvardiolanı necə əvəz edəcəyini çox yaxşı bilir. Belə böyük klub və elit təşkilat bir məşqçidən daha böyükdür.
Pepin yerinə kim gələcəksə, layihəni inkişaf etdirmək üçün artıq hazır və möhkəm təmələ sahib olacaq”.
Qvardiola 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir. Aquero isə 2011–2021-ci illərdə Mançester klubunun formasını geyinərək, komandanın tarixində ən önəmli oyunçulardan biri olub.

