“Qarabağ”la oyundan qayıdan qapıçının 70 metrdən vurduğu qola baxın - VİDEO

02:10 İngiltərə 72
“Qarabağ”la oyundan qayıdan qapıçının 70 metrdən vurduğu qola baxın - VİDEO

“Nyukasl”ın 21 yaşadək komandası dünən doğma meydanda “Fulhem” üzərində 3:0 hesablı qələbə qazanıb.

Sportinfo. az xəbər verir ki, matçın ən diqqətçəkən məqamı qapıçı Aidan Harrisin qol vurması olub.

Harris fevralın 18-də əsas komandanın heyətində “Qarabağ”a qarşı matçın iştirak ərizəsində olub. 19 yaşlı kiper “Nyukasl”ın 6:1 hssablı qələbəsi ilə yekunlaşan görüşdə sonadək ehtiyatda qalıb.

Komanda Azərbaycandan qayıtdıqdan heç 48 saat keçməmiş Harris dünən U-21 heyətində meydana çıxıb.

O, öz cərimə meydançası yaxınlığından - təxminən 70 metrlik uzaqlaşdırma zərbəsi endirib. Bu zaman top “Fulhem”in qapıçısı Aleks Bortonun başı üzərindən keçərək birbaşa tora daxil olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 17:30 Çək və bizə göndər!