“Sükan”ı Robbi Kinə tapşıra bilər - Premyer Liqa klubu

16:55 İngiltərə 113
“Sükan”ı Robbi Kinə tapşıra bilər - Premyer Liqa klubu

Macarıstanda “Ferentsvaroş”a rəhbərlik edən Robbi Kin “Kristal Pelas”ın baş məşqçi postuna namizədlərdən biri kimi göstərilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Talk Sport” məlumat yayıb.

“Qartallar” hazırda baş məşqçi Oliver Qlasnerin mövsümün sonunu gözləmədən vəzifəsindən ayrılması ehtimalını nəzərdən keçirir.

Avstriyalı mütəxəssis 2024-cü ilin fevralından klubda çalışır və mövsümün sonunda müqaviləsinin müddətinin bitməsi səbəbindən komandadan ayrılması gözlənilir.

“Kristal Pelas” hazırda Premyer Liqada 26 turdan sonra 32 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti