Braziliyalı müdafiəçi Tiaqo Silva uzun illərdir İngiltərədə yaşayır və ailəsinin gələcəyini də məhz bu ölkə ilə bağlayıb.
Onun oğlu Yaqo Silva artıq İngiltərədə futbol karyerasını inkişaf etdirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaqo Silva bu günlərdə İngiltərənin 15 yaşadək futbolçulardan ibarət millisində debüt edib.
Gənc futbolçunun komandası Kiprdən olan yaşıdlarına qarşı keçirilən oyunda 3:0 hesablı qələbə qazanıb.
Yaqo 2020-ci ildən İngiltərədə yaşayır. Onun atası Braziliya millisində 113 oyun keçirib və 7 qol vurub.
Tiaqo Silva hazırda “Portu”da, mövsümün sonunadək icarə əsasında çıxış edir.

