“Arsenal” “Atletik”in vingeri Niko Uilyamsla maraqlanır.
Sportinfo.az “Teamalk”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu hazırkı durumundan narazıdır və klubu tərk etmək variantını nəzərdən keçirir.
Bildirilir ki, “Arsenal” artıq onun nümayəndələri ilə əlaqə saxlayıb və yay transfer pəncərəsi ərəfəsində rəsmi təklif hazırlayır.
“Atletik” Uilyamsın ayrılığının real olduğunu anlayır. Klub rəhbərliyi onun özünü rahat hiss etmədiyini və karyerasında irəliləyişə ehtiyac duyduğunu bilir. Buna baxmayaraq,
Bilbao təmsilçisi vingeri yalnız azı 100 milyon avro qarşılığında buraxmağa hazırdır. Bu məbləğ isə “Arsenal”ı çəkindirmir.
İspaniyalı futbolçu cari mövsümdə “Atletik”in heyətində 26 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun komandası hazırda La Liqada 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

