“Çelsi”dən və “Mançester Yunayted”dən təklif alıb

00:00 İngiltərə 66
“Çelsi”dən və “Mançester Yunayted”dən təklif alıb

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Kloppun agenti Mark Kositzke, almaniyalı mütəxəssisin karyerasını davam etdirmək variantlarını müzakirə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Çelsi” və “Mançester Yunayted”dən təkliflər olduğunu söyləyib:

“Red Bull”-a qoşulmazdan əvvəl Klopp ABŞ və ya İngiltərə millilərini çalışdıra bilərdi. Yulian Naqelsmann olmasaydı,

bəlkə də Almaniya yığmasını. Klopp İngiltərədə başqa bir komandanı çalışdırmayacağını açıq şəkildə bildirsə də, “Çelsi” və “Mançester Yunayted”dən təkliflər var idi. Bu istəklər səngimir”.

Klopp 2015-ci ilin oktyabrından 2024-cü ilin mayına qədər “Liverpul”da çalışıb.

Onun rəhbərliyi altında “qırmızılar” uzun müddətdən sonra İngiltərə çempionu olub və üç dəfə Çempionlar Liqasının finalına çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar