Gözünü 100 milyon avroluq yarımmüdafiəçiyə dikib - Premyer Liqanın iştirakçısı

01:40 İngiltərə 91
Gözünü 100 milyon avroluq yarımmüdafiəçiyə dikib - Premyer Liqanın iştirakçısı

“Leyptsiq”in yarımmüdafiəçisi Yan Diomande “Arsenal”ın maraq dairəsindədir.

“Topçular” Qabriel Martinellinin yerinə Fil Dişi Sahilindən olan futbolçunu transfer etməyi düşünürlər.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, Almaniya klubu 24 yaşlı oyunçusunu 100 milyon avro müqabilində satmağa hazırdır.

Diomandenin klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. O, bu mövsüm 24 oyunda meydana çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 4 xal qabaqlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq