Keçmiş vingerini geri qaytarır - "Mançester Yunayted”

17 Fevral 01:30 İngiltərə 318
Keçmiş vingerini geri qaytarır -

“Marsel”in vingeri Meyson Qrinvud “Mançester Yunayted”ə qayıtmağa yaxındır.

Sportinfo.az “Topskills Sports UK”-yə istinadən xəbər verir ki, tərəflər artıq 24 yaşlı oyunçunun mümkün transferi ilə bağlı danışıqlar aparıb.

“Mançester Yunayted” yay transfer pəncərəsində Qrinvudla müqavilə imzalamağı planlaşdırır.

Sözləşmə hələlik yekunlaşmayıb, ancaq “qırmızı şeytanlar” bunu başa çatdırmağa çox yaxındırlar. İngilislər onu 2024-cü ilin yayında “Marsel”ə 26 milyon avroya satıb.

İngiltərəli futbolçu bu mövsüm bütün yarışlarda 33 oyunda iştirak edib, 23 qol vurub və 8 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti