“Nottingem Forest”in müdafiəçisi Murillo İngiltərənin daha prestijli klubuna transfer oluna bilər.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə maraqlananlar arasında hazırkı Premyer Liqa çempionu “Liverpul” və “Çelsi” klubları var.
“Transfermarkt”in qiymətləndirməsinə əsasən, Murillonun bazar dəyəri 55 milyon avrodur. Onun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq.
Braziliyalı futbolçu cari mövsümdə İngiltərə çempionatında 18 oyuna çıxıb, 1 qol vurub.

