İngiltərənin başqa klubuna keçə bilər - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi

18:20 İngiltərə 92
İngiltərənin başqa klubuna keçə bilər - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yay transfer dönəmində böyük məbləğ qarşılığında komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar” italiyalı futbolçunu satmaq niyyətində olmasa da, 90 milyon avroluq təklif gələcəyi halda transferə razılıq verə bilərlər.

25 yaşlı oyunçunun İngiltərədə qalmaq ehtimalı daha yüksəkdir. Çünki onunla maraqlanan klublar arasında adı çəkilən “Yuventus” tələb olunan məbləği ödəməkdə çətinlik çəkə bilər.

Hazırda ən real variant kimi “Mançester Yunayted” göstərilir. “Qırmızı şeytanlar”ın Tonaliyə konkret maraq göstərdiyi vurğulanır və klubun yayda rəsmi təkliflə çıxış edə biləcəyi bildirilir.

Tonalinin “transfermarkt” portalına görə bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.

Onun komandası Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti