Bu dəfə “Qarabağ”ın rəqibinin vingerinə göz dikib - “Liverpul”

20:50 İngiltərə 110
Bu dəfə “Qarabağ”ın rəqibinin vingerinə göz dikib - “Liverpul”

“Nyukasl”ın vingeri Entoni Qordon İngiltərə Premyer Liqasının bir neçə aparıcı klubunun maraq dairəsindədir.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Arsenal”, “Mançester Siti” və “Liverpul” 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaqda maraqlıdır.

“Qırmızılar” hazırda Qordonun transferi üçün favorit hesab olunurlar. “Nyukasl” isə yalnız ən azı 98 milyon avro təklif alındığı təqdirdə danışıqlara hazırdır.

İngiltərəli futbolçu bu mövsüm 34 matçda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

Onun komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti