“Nyukasl”ın ulduzu “Qarabağ”la oyunlara çıxmayacaq

09:25 İngiltərə 109
“Nyukasl”ın ulduzu “Qarabağ”la oyunlara çıxmayacaq

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl”ın futbolçusu Brunu Gimaraynş uzun müddətə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçinin təxminən iki ay (8-10 həftə) yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Braziliyalı oyunçu bu müddət ərzində “Qarabağ”a qarşı keçiriləcək pley-off mərhələsinin hər iki oyununu, İngiltərə Premyer Liqası və FA Kubokunun matçlarını, eləcə də Braziliya millisinin martdakı yoldaşlıq görüşlərini buraxmalı olacaq.

Brunu Gimaraynş cari mövsüm ərzində iştirak etdiyi 35 oyunda 9 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

"Qarabağ" və "Nyukasl" arasındakı pley-offun ilk görüşü fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!