“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportinfo.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu ilə onun sabiq klubu “Mançester Yunayted” maraqlanır.
“Qırmızı şeytanlar”ın rəhbərliyi yarımmüdafiəçinin geri dönüş variantını nəzərdən keçirir.
Maktominey 2017–2024-cü illərdə Mançester təmsilçisinin formasını geyinib. Daha sonra o, karyerasını İtaliyada davam etdirmək qərarına gəlib. “Arsenal”ın da ona maraq göstərdiyi bildirilmişdi.
29 yaşlı yarımmüdafiəçinin “Napoli” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

