Rekord məbləğə aldığı hücumçudan narazıdır - “Qarabağ”ın rəqibi

15:20 İngiltərə 132
Rekord məbləğə aldığı hücumçudan narazıdır - “Qarabağ”ın rəqibi

Nik Voltemade yay transfer pəncərəsində “Nyukasl”dan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

“Sağsağanlar” yayda yeni hücumçu transfer etmək istəyirlər. Onlar həmçinin, avqust ayında klub rekordu olan, 75 milyon avroya alınan Voltemadeni də satmağı düşünürlər.

“Nyukasl” azarkeşləri 13 matçda qol vura bilməyən almaniyalı forvarddan narazılıqlarını artırırlar.

O, “sağsağanlar”ın heyətində bütün yarışlarda 37 oyunda meydana çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib. 23 yaşlı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti