İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusunun adı açıqlanıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ənənəvi mükafata “Brentford”un hücumçusu İqor Tiaqo layiq görülüb.
Braziliyalı futbolçu ötən ay “Brentford”da 5 liqa oyununda iştirak edib və eyni sayda qol vurub. O, hazırda 17 qolla Premyer Liqada mövsümün ən çox qol vuran oyunçular yarışında ikincidir.
Bombardirlər yarışına 22 qolla “Mançester Siti”nin hücumçusu Erlinq Haland başçılıq edir.
“Brentford” hazırda Premyer Liqada turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Arılar” növbəti oyununu fevralın 21-də, evdə “Brayton”a qarşı keçirəcəklər.

