Braziliyalı müdafiəçi üçün 50 milyon avro təklif etməyə hazırdır

00:20 İngiltərə 103
Braziliyalı müdafiəçi üçün 50 milyon avro təklif etməyə hazırdır

“Roma”nın müdafiəçisi Uesli França karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yay transfer pəncərəsi üçün “Mançester Siti”nin əsas hədəflərindən biridir.

“Şəhərlilər” 22 yaşlı müdafiəçi üçün 50 milyon avro təklif etməyə hazırdır. Ancaq Roma təmsilçisi onu satmaq niyyətində deyil.

“Roma” Ueslini yayda Braziliyanın “Flamenqo” klubundan 25 milyon avro qarşılığında transfer edib.

O, komandanın heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!
13 Fevral 01:50 "Neftçi"ni dirildən adam