İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin müqaviləsinin müddəti uzadılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
52 yaşlı mütəxəssisin yeni sözləşməsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Tomas Tuxel 2024-cü ilin oktyabrında İngiltərə millisinə baş məşqçi təyin olunub.

