Üçüncü baş məşqçini də istefaya göndərdi - Premyer Liqa təmsilçisi

12:00 İngiltərə 145
Üçüncü baş məşqçini də istefaya göndərdi - Premyer Liqa təmsilçisi

“Nottingem Forest” baş məşqçisi Şon Dayçla yollarını ayırdığını rəsmən açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Premyer Liqanın 26-cı turunda “Vulverhempton”a qarşı keçirilən və qolsuz heç-heçə ilə başa çatan oyundan sonra vəzifəsindən azad edilib.

Şon Dayç 2025-ci ilin oktyabrından etibarən “meşəçilər”in “sükanı arxasında” idi. O, daha əvvəl “Everton”, “Bernli” və “Uotford” klublarında çalışıb.

Bu, cari mövsümdə “Nottingem Forest”də üçüncü məşqçi istefasıdır. Sentyabrda Nunu Espirito Santu komandadan ayrılmışdısa, oktyabrda Angelos Postekoqlu da vəzifəsindən göndərilmişdi.

Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 17-ci pillədə qərarlaşıb və aşağı sıralardan uzaqlaşmaq uğrunda mübarizə aparır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti