35 milyon avro qiymət qoyuldu - Fransalı hücumçuya

01:40 İngiltərə 42
35 milyon avro qiymət qoyuldu - Fransalı hücumçuya

“Kristal Pelas” rəhbərliyi hücumçu Jan-Filipp Mateta ilə yolları ayırmağa hazırdır.

Klub 28 yaşlı futbolçunun mümkün transferi üçün maliyyə tələblərini aşağı salıb.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, “qartallar” Matetanın keçidindən təxminən 35 milyon avro gəlir əldə etmək istəyir.

Oyunçunun xidmətində İngiltərə Premyer Liqasının digər təmsilçisi – “Mançester Yunayted” maraqlıdır.

Fransalı forvard 2022-ci ilin yanvarından “Kristal Pelas”ın formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə Premyer Liqada 23 oyuna çıxıb və 8 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti