“Şübhə etmirəm ki, o, bir neçə il dünyanın ən top məşqçilərindən biri olacaq”

12:00 İngiltərə 136
“Şübhə etmirəm ki, o, bir neçə il dünyanın ən top məşqçilərindən biri olacaq”

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının növbəti turunda qarşılaşacaqları "Fulhem"lə matçdan öncə rəqib həmkarı barədə xoş sözlər söyləyib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Marko Silvanın işini yüksək qiymətləndirib:

"Fulhem" hər mövsüm daha da güclənir. Onların meydandakı hərəkətliliyi, oyun üslubu və sürəti ən yüksək səviyyədədir.

Marko Silva indiyə qədər qarşılaşdığım ən yaxşı məşqçilərdən biridir. Şübhə etmirəm ki, o, bir neçə il ərzində dünyanın ən top mütəxəssislərindən birinə çevriləcək".

Hazırda "şəhərlilər" 50 xalla turnir cədvəlinin 2-ci, "Fulhem" isə 34 xalla 10-cu pilləsində qərarlaşıb.

Komandalar arasındakı görüş sabah (11 fevral) Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan