"Nyukasl" uğursuz seriyaya son qoydu, 10-cu yerə yüksəldi

10:00 İngiltərə 88
"Nyukasl" uğursuz seriyaya son qoydu, 10-cu yerə yüksəldi

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" İngiltərə Premyer Liqasında 26-cı turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Eddi Haunun komandası Londonda "Tottenhem"in qonağı olub.

"Tottenhem Hotspur Stadium"da keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Nyukasl" Premyer Liqada son 3 oyunda uduzmuşdu. Komanda çempionatda ümumilikdə 4 oyun idi ki, qalib gələ bilmirdi.

56 xala malik "Arsenal"ın liderlik etdiyi turnir cədvəlində "Nyukasl" 36 xalla 10-cu yerə yüksəlib. "Tottenhem" isə 29 xalla 16-cıdır.

"Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq.

Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

"Tottenhem" - "Nyukasl" -:2

Qollar: Malik Tşay, 45+5, (0:1), Arçi Qrey, 64 (1:1), Yakob Remzi, 68 (1:2)

Baş hakim: Entoni Teylor

"Tottenhem Hotspur Stadium".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan