"Nyukasl"ın əməliyyat olunan vingeri “Qarabağ”ın önünə çıxacaq?

02:40 İngiltərə 65
"Nyukasl"ın əməliyyat olunan vingeri “Qarabağ”ın önünə çıxacaq?

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan "Nyukasl"ın futbolçusu Conni Emerson ağır zədədən sonra bərpa prosesinin növbəti mərhələsinə başlayıb.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində dizindən ciddi xəsarət alan 20 yaşlı yarımmüdafiəçi artıq fərdi məşqlərə start verib.

Ötən ilin oktyabrında çarpaz bağlarından əməliyyat olunan vinger sosial şəbəkə hesabında yaşıl meydançaya qayıtdığını bildirib.

Klubun akademiyasının ən perspektivli üzvlərindən hesab olunan şotlandiyalı futbolçu UEFA Gənclər Liqasında PSJ-yə qarşı keçirilən oyunda vurduğu qələbə qolu ilə diqqətləri üzərinə çəkmişdi.

Emersonun yaxın müddətdə tam formaya düşərək həm gənclər, həm də əsas komandanın heyətinə cəlb olunacağı gözlənilir.

Conni Emerson "sağsağanlar"ın UEFA Çempionlar Liqasının iştirak ərizəsində yer alır.

Nyukasl" və "Qarabağ" arasında ilk qarşılaşma fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq