“Mən həmişə dürüst olmağa çalışıram – istər yaxşı oynayaq, istərsə də pis"

01:30 İngiltərə 84
“Mən həmişə dürüst olmağa çalışıram – istər yaxşı oynayaq, istərsə də pis"

“Nyukasl”ın baş məşqçisi Eddi Hou İngiltərə Premyer Liqasının 25-ci turunda “Brentford”la matçdakı 2:3 hesablı məğlubiyyəti şərh edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı nəticədən ciddi şəkildə narazı qaldığını bildirib:

“Mən həmişə dürüst olmağa çalışıram – istər yaxşı oynayaq, istərsə də pis. Nəticə məni çox məyus etdi.

Oyun bizim görmək istədiyimiz səviyyəyə uyğun deyildi. Vəziyyəti nəzarət altına almağa çalışacağıq və indi diqqətimizi gələcəyə yönəldəcəyik”.

“Nyukasl” 25 turdan sonra Premyer Liqada topladığı 33 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Eddi Hounun komandası növbəti turda, sabah səfərdə “Tottenhem”lə qarşılaşacaq.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 Fevral 18:10 Çək və bizə göndər!