“Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümündə aşkar favorit hesab olunur.
Sportinfo.az “Opta” superkompüterinin qiymətləndirməsinə əsasən xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi komandanın çempionluq şansı 91,41 faiz təşkil edir.
Premyer Liqada turnir cədvəlinin 2-ci pilləsində “Mançester Siti” qərarlaşıb. “Opta” Pep Qvardiolanın komandası üçün çempionluq ehtimalını 7,09 faiz olaraq qiymətləndirib.
Top-3-də isə “Aston Villa” qərarlaşıb və onların qızıl medala sahib olma ehtimalı yalnız 1,36 faizdir.
“Arsenal” hazırda 25 turdan sonra turnir cədvəlində 2-ci pillədəki “Mançester Siti”ni 6 xalla qabaqlayır. “Aston Villa” isə liderdən 9 xal geri qalır.
Beləliklə, “topçular” mövsümün qalan hissəsində çempionluq yolunda böyük üstünlüyə sahib olsa da, rəqiblərdən gələcək təzyiq hələ də diqqət mərkəzindədir.

