Baş məşqçi ilə yolları ayırmağı planlaşdırmır - Dözək bir az da...

01:30 İngiltərə 60
Baş məşqçi ilə yolları ayırmağı planlaşdırmır - Dözək bir az da...

“Liverpul” cari mövsümü gözlənildiyi kimi keçirmir və bu səbəbdən, baş məşqçi Arne Slotun klubdakı gələcəyi ilə bağlı müzakirələr aparılır.

İngiltərə Premyer Liqasının son çempionu 24 turdan sonra turnir cədvəlində 6-cı pillədə qərarlaşıb və lider “Arsenal”dan 14 xal geri qalır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi nəticələrə baxmayaraq, niderlandlı mütəxəssisə tam etimad göstərir və onunla yolları ayırmağı planlaşdırmır.

“Liverpul” Arne Slotun layihəsinə sadiq qalmaq niyyətindədir.

47 yaşlı baş məşqçinin Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Bununla belə, yayılan şayiələrə əsasən, yanvarda “Real”dan ayrılan Xabi Alonsonun yaxın vaxtlarda Slotu əvəzləyə biləcəyi iddia olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!