Klub tapmadı, ortada qaldı - Premyer Liqada oynaya bilməz

22:00 İngiltərə 187
Klub tapmadı, ortada qaldı - Premyer Liqada oynaya bilməz

“Çelsi”nin sabiq oyunçusu Rahim Sterlinq bu mövsüm İngiltərə Premyer Liqasında iştirak etməyəcək.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu sərbəst agent statusunda olmasına baxmayaraq, İngiltərə çempionatının son mərhələsi üçün qeydiyyat müddəti bitmədən yeni klub tapmayıb.

Klublar azad agent statusunda olan futbolçuları martın 26-dək transfer edə bilərlər, ancaq bunun üçün heyətdə 25-dən az oyunçu olmalıdır. Hazırda Premyer Liqada belə klub yoxdur.

İngiltərəli futbolçu cari mövsümdə hələ heç bir oyunda iştirak etməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti