“Sanderlend”in qapıçısı Robin Rufs İngiltərə Premyer Liqasının bir neçə top-klubunun maraq dairəsindədir.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə “Liverpul”, “Mançester Siti” və “Çelsi” klubları maraqlanır.
“Sanderlend” Rufsu satmaqla 50 milyon funt-sterlinqdən (təxminən 57 milyon avro) çox gəlir əldə etməyi planlaşdırır.
Qolkiper Niderlandın NEK klubundan 10,5 milyon avroya “Sanderlend”ə transfer olunub və müddəti 2030-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.
Niderlandlı futbolçu cari mövsümdə Premyer Liqada 24 matça çıxıb, 26 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.

