“Bornmut” müdafiəçi Aleks Ximenesi (“Milan”) daimi keçid əsasında heyətinə qatmağa yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferi həftə sonuna qədər 19,5 milyon avro+5,3 milyon avro bonuslarla tamamlanacaq.
Ödənişin bir hissəsi “Milan” və “Real” (o, Madrid klubunun yetirməsidir) arasında bölünəcək: madridlilər satışdan 50 faiz pay alacaq.
20 yaşlı futbolçu ingilislərlə müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq.
Ximenes sentyabrda “Milan”dan icarəyə götürülüb. O, həmin vaxtdan bəri bütün turnirlərdə 22 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

