“Şokdayam, heyrət içindəyəm, dilim tutulub, baş verənlərə inana bilmirəm”

22:00 İngiltərə 181
“Şokdayam, heyrət içindəyəm, dilim tutulub, baş verənlərə inana bilmirəm”

İngiltərə millisinin sabiq futbolçusu Pol Merson “Arsenal” – “Çelsi” matçının nəticəsi ilə bağlı fikirlərini bölüşüb.

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsində baş tutan London derbisi “topçular”ın 1:0 hesablı qələbəsi ilə (ilk oyun 3:2) başa çatıb.

Qarşılaşmada yeganə qolu Kay Haverts vurub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra “Sky Sports”-a danışan Merson, “Çelsi”nin çıxışını kəskin tənqid edib:

“Şokdayam, heyrət içindəyəm. Dilim tutulub, baş verənlərə inana bilmirəm. “Çelsi” böyük turnirin yarımfinalında biabırçı şəkildə mübarizəni dayandırdı”.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasında 24 turdan sonra 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Arsenal” isə bu qələbə ilə kubok uğrunda mübarizədə iddiasını bir daha ortaya qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti